MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG-20211029-WA0031

Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası” layihəsinə start verildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XV qrant müsabiqəsi çərçivəsində “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin açılış mərasimi və eyni zamanda birinci təlim keçirilmişdir.
29 oktyabr 2021-ci il tarixində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən ilk təlimdə iştirakçıları salamlayan Sumqayıt Tələbələri İctimai Birliyinin idarə heyətinin üzvü Ceyhun Hüseynov çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmışıdır. Bildirildi ki, Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin məqsədi gənclərin alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Qeyd olundu ki, layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlimin keçirilməsi nəzərdə tutulub.
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova sözügədən layihənin əhəmiyyətindən, informasiya texnologiyaları mühəndisliyi sahəsində gənclərin üzə çıxarılmasının vacibliyindən danışmış və layihənin gedişatına uğurlar arzu etmişdir.
Daha sonra beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov tərəfindən Robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, dizayn və müasir texnologiya istiqamətində biliklər iştirakçılara çatdırılmış, “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika olimpiadası və “Rəqəmsal bacarıqlar” pilot layihəsində iştirak şərtləri haqqında geniş məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, birinci təlimdə 30 gənc iştirak etmiş, onları maraqlandıran sullar cavablandırılmış, gənclərə buklet və sertifikatlar təqdim edilmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top