MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG-20211102-WA0029

Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası” davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XV qrant müsabiqəsi çərçivəsində “Gənc Mühəndislər Laboratoriyası” layihəsi çərçivəsində növbəti təlim keçirildi.
02 noyabr 2021-ci il tarixində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən II təlimdə çıxış edənlər Mərkəzinin müdir müavini Elmira, Sumqayıt Tələbələri İctimai Birliyinin idarə heyətinin üzvü Ceyhun Hüseynov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmış, Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin məqsəd, vəzifələri və icrasından gözlənilən nəticələr haqqında iştiraklara məlumatlar veilmişdir. Qeyd olundu ki, layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlim keçiriləcəkdir.
Daha sonra təlimçi Ramil Süleymanov tərəfindən Robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, dizayn və müasir texnologiya istiqamətində biliklər iştirakçılara çatdırılmış, “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika olimpiadası və “Rəqəmsal bacarıqlar” pilot layihəsində iştirak şərtləri haqqında geniş məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Təlimdə 30 gənc iştirak etmiş, onları maraqlandıran sullar cavablandırılmış, gənclərə buklet və sertifikatlar təqdim edilmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top