
Sumqayıtda ağacların budaqlarını kəsən şəxs cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.
Economi-in məlumatına görə Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə dörd tut və bir qarağac ağacının budaqlarının kəsildiyi aşkarlanıb.
Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyənləşdirilib və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində min manat məbləğində cərimələnib.
BƏNZƏR MƏQALƏLƏR
“Electro Home”-un yeni filialı Göyçayda açıldı
Elektronika və məişət avadanlıqları üzrə satış liderlərindən olan “Elektro Home ” şirkəti Göyçayda yeni mağazasını […]
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]