Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıb

Bakı, 7 iyun, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinə şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxsin törətdiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyənləşdirilib. Bu şəxs əvvəllər də oğurluq etdiyi üçün məhkum olunub və cari ilin fevralında azadlığa buraxılıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həmin şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top