Sumqayıt turunun rəsmi açılış mərasimi keçirilib – FOTOLAR – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıt turunun rəsmi açılış mərasimi keçirilib – FOTOLAR

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi və təşkilatçılığı ilə Sumqayıt turunun rəsmi açılış mərasimi keçirilib.

Tədbirə mətbuat və KİV nümayəndələri, şəhər rəhbərliyində təmsil olunan rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.

Sumqayıtın Tarixi Muzeyindən start götürən turizm marşrutu Heydər Əliyev Mərkəzini, Corat kəndini, yeni salınmış şəhər bulvarını, Şəhidlər Xiyabanını, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Bayraq meydanını əhatə edib.

Corat kəndində yerləşən Hacı Məcid hamamı (XVI əsr) və Gülxatun məscidini (XVIII əsr) ziyarət edən tur iştirakçıları yeni salınan şəhər bulvarında olub, görülən tikinti və quruculuq işləri ilə yaxından tanış olublar.

Tur iştirakçılarının Sumqayıt Dövlət Rəsm Qalereyası ilə tanışlığı da böyük maraq doğurub. Onlara qalereyanın fəaliyyəti, fondu, nümayiş olunan əsərlər haqqında ətraflı məlumat verilib. Qalereyanın qarşısında Mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında səslənən musiqi nömrələri böyük maraqla qarşılanıb.

Tur Bayraq meydanini, Heydər Əliyev abidəsini ziyarətlə yekunlaşıb.


13220654_1620937728226040_9103559224675396866_o

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top