
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi Vətən müharibəsində iştirak etmiş əməkdaşlar ilə görüşdü
Economic.az: 10 mart, 2021-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurası və İdarə Heyətinin üzvləri müəssisənin 2-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Tədbirdə ilk öncə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra şirkət rəhbərliyi əməkdaşlara öz ürək sözlərini çatdırıb. Müharibə dövründə hərbi qulluq etmiş əməkdaşlar da keçdikləri döyüş yolu və xatirələri haqda danışıblar. Hər bir əməkdaşa həm işdə, həm də cəbhədə göstərdiyi şücaətə görə STP komandası adından plaket və maddi dəstək təqdim olunub.
STP döyüşlər gedən zaman da cəbhədə olan əməkdaşlarının yanında olub, ailələrini ziyarət edərək ehtiyaclarını qarşılayıb və mənəvi dəstək göstərib. Şirkət rəhbərliyi və şirkətin kollektivi cəbhədə olmuş həmkarları ilə yaxından maraqlanır. Onların əmək fəaliyyətinə qayıtması, fiziki və mənəvi bərpa olması üçün STP maddi, mənəvi və tibbi yardımlarını əsirgəmir.
Sumqayıt Texnologiyalar Parkı müharibəsonrası dövrdə üzərinə düşən məsuliyyəti dərk edir və Qarabağda yenidənqurma işlərinin aparılması, oradakı şəhərləri Qafqazın ən abad, ən müasir şəhərlərinə çevirmək yönündə öz xidmətlərini göstərməyə hazırdır.
Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı II Qarabağ müharibəsinin başlanğıcından həm ordumuza, hərbiçilərə, həm də müharibədən əziyyət çəkmiş mülki əhaliyə mütəmadi yardımlar etmişdir. STP bundan sonra da dövlətçiliyimizi dəstəkləməyə, vətəndaşlarımızın rifahı üçün çalışmağa davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
Ölkədə ləğv edilən tenderlərin və kotirovka sorğularının sayı açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 aprel 2021-ci il […]
Azərbaycan məhsulları Çində nümayiş olunur
ECONOMIC: Çin Xalq Respublikasının Çendu şəhərində “China Food and Drinks Fair and TAOWINE Hotel Show” […]
İrimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq
Economic.az: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti aylardan etibarən ölkəmizin regionlarında irimiqyaslı […]