Sumqayıt Şəhər İcra Hakimiyyəti açıq tender elan edir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıt Şəhər İcra Hakimiyyəti açıq tender elan edir

Sumqayıt Şəhər İcra Hakimiyyəti 2020-ci ildə Sumqayıt şəhərində yaşayış binalarının fasadlarının boyanması işlərinin satın alınması məqsədilə elektron açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir.

LOT 1 – Sumqayıt şəhərində yaşayış binalarının fasadlarının boyanması işlərinin satın alınması

Tender iştirakçılarına təklif olunur ki, www.etender.gov.az – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 450 manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T CTREAZ22

Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti

Hesab № AZ14CTRE00000000000002516631

Büdcə səviyyəsinin kodu 7y İqtisadi təsnifat 142330

VÖEN: 2900054881

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi, tikinti işlərinin qrafiki və tender təklifinin qarantiyası istisna olmaqla) 25 avqust 2020-ci il yerli vaxtla saat 17:00-a qədər, tender təklifi və tender təklifinin qarantiyası möhürlənmiş ikiqat zərfdə 02 sentyabr 2020-ci il yerli vaxtla saat 15:00-a qədər Portala təqdim etməlidirlər.

İddiaçıların təklifləri 03 sentyabr 2020-ci il saat 15:00-da Portalda açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top