
Sumqayıt dairəsindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində rənglənmə işləri aparılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyulun 5-dən səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəsindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Bundan başqa, bu gün axşam saat 23:00-dan etibarən Z.Bünyadov prospektinin, 20 Yanvar dairəsindən, “Koroğlu” metro stansiyası istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri görüləcək və səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana […]