
Strateji Yol Xəritəsi: Beynəlxalq şlüzlərə qoşulma təmin ediləcək və tələbata uyğun beynəlxalq kanalların sürəti artırılacaq
Beynəlxalq şlüzlərə qoşulma təmin ediləcək və tələbata uyğun beynəlxalq kanalların sürəti artırılacaq.
Bu barədə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Sənəddə qeyd edilib ki, telekommunikasiya bazarının inkişafı istiqamətində atılacaq növbəti addım beynəlxalq şlüzlərin rəqabət üçün açılmasından ibarət olacaq. Bu tədbirin həyata keçirilməsi provayderlərə vasitəçilərin iştirakı olmadan beynəlxalq xətləri lisenziyalaşdırmağa imkan verəcək. Tənzimləyici qurum birbaşa və dolayı çıxış üçün lisenziyaların verilməsi mexanizmini işləyib hazırlayacaq. Bazarda beynəlxalq şlüzlərə qoşulan ən azı üç milli provayderin iştirakı üçün əlverişli şəraitin yaradılması, mövcud və yeni təşkil olunan magistral kanalların alternativliyi təmin ediləcək. Mövcud və yeni yaranan beynəlxalq operatorların beynəlxalq şlüzə qoşulmasında baş verə biləcək təbii, texniki, iqtisadi və siyasi risklər nəzərə alınaraq, bir mərkəzdən asılılığı azaltmaq üçün tədbirlər nəzərdən keçiriləcək.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan qəhrəmanlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı […]
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı […]
Operatorlar “5G” internetin real sürətini açıqlayıblar
Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə “5G” baza stansiyaları qoşulma sürətinin xeyli artırılmasını vəd edir – […]