MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Strateji Yol xəritələrinin icrasına QHT sektorunun cəlb edilməsi təklif olunur

“Biz istəyirik ki, təkcə Bakı şəhərində Strateji Yol xəritələrinə həsr edilmiş daha 10 tədbir keçirək”. Bu sözləri bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkil etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” mövzusundakı kofransda çıxış edən Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev regionlarda da 4 belə tədbirin keçiriləcəyini qeyd edib: “Strateji Yol xəritələrinin hazırlanmasında vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. Təklif edirəm ki, bu yol xəritələrinin icrasına da QHT sektoru cəlb edilsin. Strateji Yol xəritələrinin icrası istiqamətində monitorinq aparmaq niyyətindəyik. Artıq bununla bağlı donorlarla danışıqlar aparırıq və Avrasiya Əməkdaşlıq Təşkilatı bizə dəstək verməyə hazır olduğunu bildirib”.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, Strateji Yol xəritələrinin icrası zamanı bütün proseslərə vətəndaş cəmiyyəti institutları cəlb ediləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top