
STP-dən tarixi müsabiqə!
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına, əsasən, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bununla əlaqədar olaraq, Sumqayıt Texnologiyalar Parkı” MMC öz Sosial media kanalında “100 illik müsabiqə”adlı intellektual müsabiqə hazırlayıb.
“Economic” xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə edilmiş uğurları, hərb sənəti, memarlığı, tarixi şəxsiyyətləri, incəsənəti, dünya ölkələri ilə münasibətləri, imza atdığı “ilklər” və başqa sahələri özündə əks etdirən müsabiqə zamanı 1000-dən çox sual səsləndiriləcək. Hər sual 4 variantdan ibarət olacaq. 120 saniyə ərzində iştirakçılara sual sayı ilə bağlı heç bir limit qoyulmur. Bir sözlə həm bilikli, həm də sürətli olan qazanacaq.
Suallara cavab verən hər şəxsin adına sonda elektron fəxri fərman təqdim ediləcək. Bundan əlavə ən yüksək bal toplamış 5 iştirakçı STP-dən Cümhuriyyət tarixini özündə əks etdirən dəyərli hədiyyələr qazanacaqlar. Müsabiqənin qalibləri isə 29-30 May tarixlərində elan ediləcək.
BƏNZƏR MƏQALƏLƏR
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]
Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib
“Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin […]
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb
ECONOMİC: “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb. “ADY Konteyner” MMC-dən […]