“Star” neft emalı zavodu üçün ilk neft yükü Azərbaycandan göndəriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Star” neft emalı zavodu üçün ilk neft yükü Azərbaycandan göndəriləcək

SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu üçün ilk neft yükü iyunda Azərbaycandan göndəriləcək.

Economic xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib. O bildirib ki, iyun ayının sonunda ilk neft yükü simvolik olaraq Azərbaycandan göndəriləcək. Artıq bununla bağlı razılıq əldə olunub. İlk xam neft emalı qurğusu isə iyulun üçüncü həftəsində istismara veriləcək: “İndiyədək “Star” layihəsi üzrə 99,1 faiz irəliləyişə nail olunub və 5,2 milyard dollar xərclənib. Zavod oktyabrın əvvəlində istifadəyə verildikdə 6,3 milyard dollarlıq investisiya da tamamlanacaq”.

“Neftin qiymətinin 100 dollar/barrelə qədər yüksələcəyini düşünmürəm. Qiymətin 60-75 dollar/barrel arasında olması həm istehsalçılar, həm də istehlakçılar üçün ideal səviyyədir”, – deyə o bildirib.

Qeyd edək ki, layihə üzrə indiyədək ümumilikdə 16 min nəfər çalışıb və 100 milyon/saat iş görülüb. Yay aylarından etibarən zavod sınaq rejimində çalışacaq. Zavodda istehsal olunacaq ilk məhsul sentyabrın sonuncu həftəsində tankerlərlə yola salınacaq.

İllik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda xam neft ilə əsas və ya digər məhsulların saxlanması məqsədilə tikilən ümumilikdə 76 ədəd çənin montajı və test işləri tamamlanıb. Gündəlik 34 min kubmetr xam neft emal edəcək zavod Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq.

“Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top