
“Standard Insurance”lə bağlı məhkəmə prosesi başlayır
Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ay lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti ASC-nin müflis elan olunmasına dair iyunun 23-də, saat 14:30-da məhkəmə baxışı keçiriləcək.
Məlumata görə, proses Bakı Kommersiya Məhkəməsində olacaq.
Xatırladaq ki, “Standard Insurance”in lisenziyası mayın 19-da ləğv edilib. Qərar sığorta şirkətinin kapitalını tam itirməsi, cari fəaliyyətini etibarlı qaydada həyata keçirməməsi və istehlakçılarının hüquqlarının pozulmasına yol verməsi ilə izah olunub. Bundan sonra AMB maliyyə qurumu barədə iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.
Report.az
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanda üzüm sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR
“Economic”ə verilən məlumata görə, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə üzüm […]
İlk dəfə sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər xüsusi imtahan verəcəklər.
ECONOMİC: Ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi çərçivəsində bu sahədə müstəqil ekspertlər institutunun yaradılması tələb olunur. […]
ASA 1-ci yarımil üzrə göstəriciləri ictimaiyyətə açıqlayıb
ECONOMIC: Ölkəmizdə sığorta sektorunun inkişafına ayrılan diqqət və görülən tədbirlər nəticəsində bu sahə ildən-ilə daha […]