
Şri-Lankanın turizm sənayesinin əsas iştirakçıları Azərbaycanın turizm potensialını öyrənir
Milli Turizm Təbliğat Bürosunun iştirakı, “Paşa Travel”in tərəfdaşlığı və Azərbaycan Respublikasının Hindistandakı səfirliyinin dəstəyi ilə Şri-Lankanın turizm sənayesinin əsas iştirakçıları ilə görüş təşkil olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə bu il Azərbaycanda keçirilmiş Şri-Lanka Səyahət Agentlikləri Assosiasiyasının 43-cü illik və İATA-nın (Beynəlxalq Hava Yolları Assosiasiyası) Şri-Lanka üzrə Agentliklər Assosiasiyasının 30-cu illik toplantısında səsləndirilmiş fikirlər müzakirə edilib. Bildirilib ki, hər il dünyanın müxtəlif şəhərlərində təşkil olunan görüşlər üçün builki toplantı yeri Bakı şəhəri seçilib.
Diqqətə çatdırılıb ki, tədbirdə Azərbaycanın turizm potensialı, turizmin əsas inkişaf istiqamətləri və mövcud əməkdaşlıq imkanları barəsində təqdimatlar həyata keçirilib, ikitərəfli müzakirələr aparılıb, Şri-Lankadan olan turizm assosiasiyaları, hava yolları şirkətləri, tur operatorlar və agentliklər Azərbaycanla gələcək əməkdaşlıq üçün maraqlı olduqlarını ifadə edərək Azərbaycanın Şri-Lanka turistləri üçün hədəf turizm məkanlarından biri olması barəsində məlumat veriblər.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
“Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusunda vebinar keçirilib
ECONOMİC: Aprelin 15-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) […]
Hotelçilik sənayesinin nümayəndələrinə təlim keçirilib
Aprelin 7-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotelçilik sənayesinin nümayəndələri üçün prioritet […]
Azərbaycanda “Slou Fud” turizm modelini genişləndirmək məqsədilə işçi qrupu yaradılıb
ECONOMIC: Martın 17-də Azərbaycan Turizm Bürosunun təşəbbüsü və Avropa İttifaqının maliyəsi ilə yaradılan “COVCHEG” layihəsi […]