Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub

Bakı, 3 iyun, AZƏRTAC

Cənubi Asiyada yerləşən Şri-Lankada baş verən son daşqınlar nəticəsində 12 nəfər ölüb, beş nəfər isə itkin düşüb. Daşqınlardan ümumilikdə 87 mindən çox insan zərər çəkib.

AZƏRTAC xəbər verir ki, bu barədə Şri-Lankanın müdafiə naziri Premitha Bandara Tennakoonı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təbii fəlakət ən çox cənub əyalətlərinə zərər vurub. Hazırda 23700-dən çox insan 119 təxliyə və yardım mərkəzində yerləşdirilib.

Meteorologiya Departamenti ölkənin bir sıra əyalətlərində havanın yağıntılı olacağını, şimşək çaxacağını proqnozlaşdırıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top