
Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır
Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət müəssisələrinin fəaliyyətinin keyfiyyət tələblərinə uyğunluğuna vahid nəzarət mexanizmi yaradılır.
“Economic”ə verilən məlumata görə, məqsəd bu mexanizm əsasında həmin müəssisələrin fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsidir. Müvafiq sahədə kadrların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin vaxtaşırı qiymətləndirilməsi, karyera inkişafı zamanı bu monitorinq qiymətləndirmənin nəticələri əsas götürüləcək.
Eyni zamanda, sosial xidmət müəssisələrinin yüksək ixtisaslı peşəkar kadrlarla komplektləşdirilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə sosial xidmətlər üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla meyarların hazırlanması da nəzərdə tutulub.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]