Sosial xidmətlər sistemi təkmilləşdirilməklə bu xidmətlərin əhatə dairəsi genişlənəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sosial xidmətlər sistemi təkmilləşdirilməklə bu xidmətlərin əhatə dairəsi genişlənəcək

 

Sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılması nəzərdə tutulur

 Nazirlikdən Economic-ə verilən məlumata görə, aparılan islahatlar həssas qruplara yönələn sosial xidmətləri də əhatə edir. Bu sahədə əsas hədəflər sosial xidmətlər üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və bu xidmətlərin yeni istiqamətlər üzrə əhatə dairəsinin genişləndirilməsidir. Eyni zamanda,  müasir yanaşmalar əsasında sosial xidmətlərin keyfiyyətinin və çətin həyat şəraitində olan şəxslərin bu xidmətlərə əlçatanlığının artırılması,sosial xidmət sahəsində ixtisaslı kadr potensialı formalaşdırılması vacib hədəflər sırasındadır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə  sosial  xidmət məsələləri ilə bağlı videokonfrans formasında keçirilən iclasda bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə  pandemiya dövründə daha bir sosial dəstək kimi, tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlar da evlərində gündəlik sosial məişət xidmətləri ilə əhatə olunublar. Bununla da evlərində sosial xidmət göstərilənlərin sayı 15 mini ötüb. Həmçinin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələrində 1000-dək vətəndaştam dövlət təminatındadır. Həmçinin sosial sifarişlər əsasında minlərlə şəxs reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunur.

S.Babayevsosial xidmətlərin ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi üçün müvafiq islahatların davam etdirildiyini deyib.

Nazir bildirib ki, strateji məqsədlərdən biri də  sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi,  qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, innovativ texnologiyaların tətbiqi nəticəsində sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılmasıdır. Sosial xidmətlər sahəsində də müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə nəticəsində innovativ yeniliklərin tətbiqi təmin olunacaq.

İclasda çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlərlə təminatı vəbu xidmətlərin keyfiyyətinin artırılması, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin yaradılmasısahəsində görülən işlər, sosial xidmət sistemində aparılan islahatlar, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top