MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Əbülfəs Qarayev

Şopinq Festivalı büdcəyə 50 milyon manat qazandıracaq

“Şopinq Festivalı MDB ölkələrində ilk olaraq Azərbaycanda keçirilir. Bu festival zamanı dünya təcrübəsi öyrənilib. Bilirsiniz ki, Dubayda, İstanbulda, Sinqapurda bu cür şopinq festivallar keçirilir və turist axınına çox müsbət təsir göstərir. Odur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu festival keçirilir. Üstəgəl onu da deyim ki, dünya təcrübəsində ilk dəfə olaraq “tax free”nin qaytarılması xarici turstlərlə yanaşı, həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq. Bu isə nəinki turizmin, ümumiyyətlə ticarətin stimullaşdırılması istiqamətində atılan addımdır”. Economic.az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq Festivalının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, bu il ilk dəfə keçirilən festival müəyyən sınaq müddəti tələb edir: “Bizim fikrimiz var ki, ildə iki dəfə bu şopinq festivalı keçirək. Bildiyimə görə, artıq camaat ticarətə, alış-verişə başlayıb. Bizim ehtimallarımıza görə, bu ticarət festivalı çərçivəsində büdcəyə 50 milyon manata qədər vəsait daxil olacaq. Hesab edirəm ki, bu gözəl bir fürsətdir, amma bunu peşəkarlıqla, həssaslıqla və diqqətlə yerinə yetirmək lazımdır”.

Nazir bildirib ki, festival çərçivəsində ansamblın yeni proqramı təqdim olunacaq: “Bu proqram üzərində bir neçə müddətdir ki, yeni kollektiv çalışır. Azərbaycanın rəqs xəzinəsindən bəzi rəqslər bərpa olundu. Bu gecə xüsusilə onunla əlamətdardır ki, Azərbaycan rəqs ansamblını canlı orkestr müşayiət edəcək. Bununla da biz silsilə olaraq Şopinq festivalın mədəni proqramını açırıq. Mədəni proqram çox zəngin olacaq. Həm xaricdən qonaqlarımız olacaq, həm də bütün ticarət mərkəzlərində xüsusi əyləncə proqramı təşkil olunacaq”.

Nazir qeyd edib ki, festival çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçiriləcək: “Şopinq Festivalı müddətində eyni zamanda Rastropoviç festivalı, dünya forumları keçiriləcək və bu tədbirlərə gələcək qonaqların festivalın imkanlarından faydalanmasını biz səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top