MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

energetika naziri

SOCAR və “Aramco” şirkətləri Türkiyədə ortaq iş qura bilər

“Bu gün Azərbaycan prezidenti ilə görüşdə bir sıra məsələləri müzakirə etdik. Onların sırasında ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı təşəbbüslər də var”. Bu sözləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi deyib.

Səudiyyə naziri qeyd edib ki, Azərbaycandakı filiz yataqlarının işlənməsi ilə bağlı məsələlər də gündəmdə olub.

Azərbaycanın energetika naziri Natiq Əliyev isə deyib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: “Bunlardan biri neft-qaz sahəsində əməkdaşlıqdır. Biz təklif etdik ki, SOCAR və “Aramco” şirkətləri Türkiyə bazarında ortaq çalışsın. Qaz hasilatı və neft-kimya sahəsində də əməkdşalığımız üçün böyük imkanlar görürəm”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top