“SOCAR-Petrofac” birgə müəssisəsi “BP-Azerbaijan”la saziş imzalayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“SOCAR-Petrofac” birgə müəssisəsi “BP-Azerbaijan”la saziş imzalayıb

“SOCAR-Petrofac” birgə müəssisəsi və “BP-Azerbaijan” şirkəti arasında beynəlxalq əməkhaqqının dəyərləndirilməsi və kadrlara dəstək xidmətləri, o cümlədən treninq xidmətləri göstərilməsi üzrə saziş imzalanıb.
5 il müddətinə bağlanmış 100 milyon dollar dəyərində saziş beynəlxalq əməkhaqqı və kadrlara dəstək xidmətləri, o cümlədən “BP-Azerbaijan” şirkəti əməkdaşlarının Azərbaycanda və ölkə xaricində treninq kursları keçmələri üçün imkan yaradılmasını nəzərdə tutur.
SOCAR-ın kadr, IT və rejim üzrə vitse-prezidenti Xalik Məmmədov sazişin imzalanmasını yüksək qiymətləndirərək deyib: “Son illərdə xidmət sektoru SOCAR-ın korporativ mənfəətinə mühüm töhfələr verir. Bizim “Petrofac” ilə yaratdığımız birgə müəssisə də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu gün biz BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan məmnuniyyət duyuruq və məhsuldar əməkdaşlığımızı davam etdirmək əzmindəyik.
Kadrların peşəkar hazırlığı və peşəkarlığının yüksəldilməsi Sənaye 4.0 dövründə böyük şirkətlər qarşısında duran mühüm vəzifələrdəndir. Pandemiya və neft qiymətlərinin enməsi nəticəsində yaranmış çağırışlar baxımından bu, artıq həyati əhəmiyyət kəsb edir. Aydındır ki, aparıcı neft və qaz şirkətlərinin peşəkar treninq xidmətlərinə tələbatı artmaqda davam edəcək”.
“Petrofac” şirkətinin treninq xidmətləri biznesi üzrə qlobal rəhbəri Patty Eid bildirib: “BP uzun müddət xidmətlərimizdən istifadə edən önəmli müştərilərdəndir və biz bu şirkətə beynəlxalq əməkhaqqı təminatı və kadrlara dəstək xidmətləri, o cümlədən əməkdaşların Azərbaycanda və ölkə xaricində treninq kursları keçməsi üçün dəstək vermək əzmindəyik. “Petrofac” şirkətinin treninq xidmətləri biznesi 2004-cü ildən bəri Azərbaycan neft, qaz və neft-kimya sənayesində kadr hazırlığı imkanları yaradılmasına xidmət edir. Bu əməkdaşlıq SOCAR kimi mühüm bir tərəfdaş ilə birlikdə regionda fəaliyyətimizin genişlənməsinə əsas yaradır”.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top