MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

socar

SOCAR-da Malayziyanın “Petronas” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

Mayın 23-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin vitse-prezidenti Mohamad Johari Dasrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan SOCAR prezidenti Mohamad Johari Dasrini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona uğurlar arzulamışdır. Rövnəq Abdullayev SOCAR və “Petronas” arasında səmərəli ikitərəfli əlaqələrin yarandığını xatırlatmış və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bilıdirmişdir.

Səmimi qəbula və təbrikinə görə Rövnəq Abdullayevə minnətdarlığını bildirən “Petronas”ın vitse-prezidenti Mohamad Johari Dasri nümayəndə heyətinin üzvlərini SOCAR prezidentinə təqdim etmiş, bildirmişdir ki, təmsil etdiyi şirkətin “Şahdəniz-2” layihəsinə qoşulmasından çox məmnundurlar. O, bu layihənin Malayziya və “Petronas” üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Azərbaycanın bütün dünyada qədim neft diyarı kimi tanındığını qeyd edən qonaq zəngin tarixə malik neft-qaz sənayemizin uğurlarını maraqla izlədiklərini söyləmiş, Azərbaycanın və SOCAR-ın böyük önəm verdiyi bir layihədə “Petronas”ın da iştirak etməsindən şad olduqlarını demişdir.

Rövnəq Abdullayev “Şahdəniz” layihəsi üzrə görülən işlər barədə qonaqlara ətraflı məlumat vermiş, bildirmişdir ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilən işlər qrafikə uyğun davam etdirilir, tərəfdaşlar layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün əzmlə çalışırlar. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, boru kəmərlərinin inşası üzrə işlərin əvvəlcədən planlaşdırıldığı şəkildə aparıldığını, bu günlərdə layihənin əsas hissələrindən biri olan Trans-Adriatik boru kəmərinin təməlinin qoyulduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bütün bu proseslər 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə çatdırılmasının mümkün olacağına əminlik yaradır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışd

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top