SOCAR 120 milyon dollara üç tanker alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neft daşınması üçün Yunanıstanın “Kyklades Maritime Corporation” şirkətindən 120 milyon dollar dəyərində “Aframax” tipli üç tanker satın alıb.
Economic.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri bildirir.
Dedveyti 115 min ton olan gəmilər SOCAR-a 2021-ci ilin üçüncü rübündə təhvil veriləcək və İkinci Qarabağ müharibəsində həlak olmuş komandirlərin adını daşıyacaq.
Qeyd edək ki, hər biri 40 milyon dollar dəyərində olan “Nissos Schinoussa”, “Nissos Therassia” və “Nissos Heraclea” tankerləri 2015-ci ildə Cənubi Koreyada istehsal olunub.
Tankerlərin uzunluğu 252 metr, eni 45 metr təşkil edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]