
SMS icazə almadan ünvanı tərk edənlər məsuliyyətə cəlb olunacaqlar
Sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində SMS icazəsi almadan yaşadıqları yeri tərk edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Bunu iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Kamran Əliyev qeyd edib ki, SMS icazə sistemindən sui-istifadə etmək yolverilməzdir. SMS icazəsini evi tərk etməzdən əvvəl almaq lazımdır. Vətəndaş evdən çıxdıqdan sonra yolda polis naryadını gördüyü anda SMS göndərməməlidir. Əks halda həmin şəxs inzibati məsuliyyətə cəlb olunacaq. Çünki postlarda polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin rejimi qaydalarını pozmuş hesab ediləcək. Zərurət olmadan evi tərk etmək olmaz.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]