MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

hesablama_palatasi

Şirkət 2012- ci ildən etibarən investisya qoyuluşu etməyib

2007-2015-ci illər ərzində “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) 11 səhmdar cəmiyyətə səhmlər və paylar üzrə cəmi 88 mln. 614,9 min manat məbləğində vəsait qoyuluşları edib. Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir. Sənəddə qeyd olunub ki, təhlil ilə əhatə olunan dövrdə (2014-2015-ci illər) müvafiq sərəncamla müəyyən olunmuş dividendlərin, o cümlədən “Azərbaycan İnvestisiya Şirkəti”nə iştirak paylarına (səhmlərinə) görə səhmdar cəmiyyətlər tərəfindən ödənilən 12 mln. 69,7 min manat məbləğində dividendlərin də tam və ya qismən Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ödənilməsi aparılmayıb.

Nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti”nin iştirak payı olan yalnız 2 səhmdar cəmiyyət tərəfindən (“Səba” ASC üzrə 4 mln. 927,8 min manat məbləğində və “Holcim Azərbaycan” ASC üzrə 7 mln. 141,9 min manat məbləğində) dividendlər  ödənilib, digər səhmdar cəmiyyətlər tərəfindən isə dividend ödənişləri aparılmayıb. “Səba” ASC-nin 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə 622,2 min manat dividend borcu qalıb. Nəzarət tədbirinin nəticəsi olaraq bu qalığın 325 min manatının ödənilməsi təmin edilib.

Hesabatda həmçinin qeyd edilib ki, 2015-ci ilin 31 dekabr tarixinə 40 mln. 755,9 min manat məbləğində bölüşdürülməmiş mənfəət qalığının bölüşdürülməsi barədə Müşahidə Şurası tərəfindən qərar qəbul edilməyib, alınmış dividendlər və bölüşdürülməmiş mənfəət AİŞ-in sərbəst istifadəsində qalıb. Şirkətin səhmdar cəmiyyətlərə səhmlər və paylar üzrə son vəsait qoyuluşu 2012-ci ilin 24 may tarixində olub.

Ümumilikdə, sərəncamında kifayət qədər vəsaitin olmasına baxmayaraq Nizamnaməsinə uyğun olaraq şirkət əsas fəaliyyət istiqaməti üzrə 2012-ci ildən heç bir investisiya qoyuluşu etməyib. Məhz bu baxımdan AİŞ 2012-ci ildən öz vəsaitlərini daha çox rezident banklarda depozitlərə və istiqrazlara yerləşdirməyə üstünlük verib. Lakin banklarda yerləşdirilmiş depozit məbləğlərinin faiz dərəcələri və alınmış istiqrazlar üzrə gəlirlilik dərəcələri və müddətləri mövcud bazar prinsiplərinə uyğun olmayıb. Strukturunda maliyyə-iqtisadi təhlil, investorlarla əlaqələr, hüquq ekspertiza şöbələrinin olmasına (beynəlxalq məsləhətçilərin cəlb edilməsi daxil) baxmayaraq, investisiya yatırılmış bəzi səhmdar cəmiyyətlər üzrə nəticələrin iqtisadi əsaslandırmalara uyğun olmaması, səmərəsiz olması, iştirak paylarının (səhmlərinin) satışlarının zərərlə başa vurulması 8 illik fəaliyyəti nəticəsində pay qoyuluşları üzrə əldə olunan dividendlərin ARDNF-ə heç bir vəsaitin köçürülməməsi, vəsaitlərin mövcud bazar qiymətlərinə uyğun olmayan faizlərlə banklarda depozitlərə yerləşdirilməsi və digər məsələlər şirkətin fəaliyyəti istiqamətləri üzrə təhlil və monitorinq işlərində, sərbəst vəsaitlərin yerləşdirilməsində, investisiya paylarının (səhmlərinin) qiymətləndirilməsi və satışı sahəsində zəruri tədbirlərin görülməsini şərtləndirib.

Sia.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top