MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tütütn siqar

Siqar festivalı: Son illər tütün fermerlərinin gəliri xeyli artıb

Siqarın vətəni Kubada Vueltabaxo bölgəsinin siqarsevərlər üçün məxsusi yeri var. Ona görə ki, məşhur Kuba siqarları üçün ən yaxşı yarpaq məhz burada istehsal olunur. Karib adasında təşkil edilən ənənəvi siqar festivalı çərçivəsində siqar həvəskarları və istehsalçıları bu şəhərdəki tütün plantasiyalarına gəlirlər. Festival iştirakçıları yaşıl tütün sahələrini, o cümlədən emal müəssisələrini gəzmək fürsəti əldə edirlər. Təsadüfi deyil ki, Kubada təşkil olunan siqar festivallarının ən yaddaqalan anları məhz tütün plantasiyalarında baş tutur. Belə ki, qonaqlar dünyanın ən məşhur siqar brendləri “Kohiba” və “Monte Kristo”nun necə hazırlandığını şəxsən izləyə bilirlər. Havanadan qərbdə yerləşən Vueltabaxoda tütün əkini nəsildən- nəslə keçən, uzunmüddətli ənənəsi olan bir peşədir. Burda bəzi ailələr bütün həyatını tütünçülüyə həsr ediblər. Ümumiyyətlə tütünçülük Kubanın kənd təsərrüfatında ən gəlirli sahələrdən sayılır. Kubanın ixrac etdiyi məhsullar siyahısında siqar 4-cü yeri tutur.
Son illər tütün fermerlərinin gəliri xeyli artıb. Hava siqarın yetişməsi üçün əlverişli keçəndə fermerlərin də üzü gülür. Tütünçülükdə hava şəraitinin böyük rolu var. İqlim dəyişikliyi düyü və kartofla yanaşı tütün sektoruna da böyük zərbə vura bilər. Plantasiya rəhbərlərinin sevincini korlayan keyfiyyəti aşağı salan detallar olur. Tütünün keyfiyyəti əvvəlki kimi deyil. Əvvəl keyfiyyət daha yüksək idi. Bu sahə ilə məşğul olanlar üçün leysanlar, quraqlıqla müşayiət olunan hava dəyişikliyi əsas problemlərdən sadəcə biridir. ABŞ-ın Kubaya qarşı yarım əsrdir tətbiq etdiyi ticarət embarqosu hələ də davam edir. Sabiq prezident Barak Obamanın hakimiyyəti illərində Vaşinqtonla əlaqələr bərpa olunsa da, yeni prezident Donald Trampın Kuba ilə bağlı hansı addımı atacağı hələ də məlum deyil. 5 gün davam edən ekstravaqant ziyafətlər, tütün plantasiyalarına və emal müəssisələrinə səyahətlə məşhurlaşan Kubadakı ənənəvi siqar festivalına dünyanın dörd bir yanından varlı tütün həvəskarları, pərakəndə satış şirkətlərinin nümayəndələri axın edirlər. Festival ölkəyə yaxşı pul qazandırır. Azadlıq adası büdcəsinin dolması üçün bütün vasitələrdən istifadə edir. Siqar festivalı orijinal təşəbbüslərdən biridir.

Azər Qismət

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top