Silk Way Travel-dan Şarm Əl-Şeyx kurortuna sərfəli turlar - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Silk Way Travel-dan Şarm Əl-Şeyx kurortuna sərfəli turlar

Silk WayTravel şirkəti yay mövsümünə yeni və sərfəli təklif təqdim edir – Qırmızı dənizin məşhur Şarm Əl-Şeyx kurortunda istirahət cəmi 380 USD-dan başlayan qiymətlərlə!

Qiymətə aşağıdakılar daxildir:

–  Birbaşa uçuş (“Air Cairo” aviaşirkəti ilə);

– 6 gecə/7 gün  4* oteldə gecələmə;

– Sığorta;

– Transfer xidməti (hava limanı-otel-hava limanı).

Viza turist tərəfindən Şarm Əl-Şeyx hava limanına gəldikdə ödənilir (qiymət – 25 USD).

Qeyd olunan qiymətlər iki nəfərlik otaqda qalmaq şərti ilə bir nəfər üçün hesablanmışdır və 2016-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Ən aşağı tarif üzrə yerlərin sayı məhduddur.

Şarm Əl-Şeyx kurortuna ilk uçuş iyunun 3-də yerinə yetiriləcək. Uçuşlar “Air Cairo” aviaşirkəti tərəfindən həftədə 1 dəfə – hər cümə günü həyata keçiriləcək.

Bundan əlavə, Bakı – Şarm Əl-Şeyx – Bakı marşrutu üzrə aviabiletləri “Air Cairo”aviabilet satışı üzrəAzərbaycandakı rəsmi agenti Silk Way Travel-in ofislərindəəldə etmək mümkündür. Bu istiqamətdə gediş-dönüş aviabiletinin qiyməti 250 USD-dan başlayır.

Çimərlik istirahəti və sualtı üzgüçülük sevənlər üçün Şarm Əl-Şeyx kurortu idealdır. Mərcan rifləri, zəngin fauna, müxtəlif rəngli balıqlar və s. dayvinq sevənlər üçün olduqca maraqlı olacaq. Misirin bu məşhur kurortu artıq uzun illərdir ki, komfortlu və sakit istirahət üçün ideal məkan hesab olunur.

 

Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

Ünvan: Nizami küç, 126 A, AZ1010, Bakı, Azərbaycan

Тelefon: (012) 437-40-85; (012) 598 88 80; *8880

Email: tourism@swtravel.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top