MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

silk_way_helicopter_services

“Silk Way Helicopter Services” onlayn sifariş xidmətini təqdim edir

“Silk Way Helicopter Services” MMC (SWHS) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.

Şirkətdən verilən məlumata görə, SWHS-in rəsmi internet saytında fiziki və hüquqi şəxslərə çarter və özəl uçuşların onlayn sifarişi təklif olunur. Bütün sərnişinlərə uçuş müddətində sığorta verilir.

Xidmətin göstərilməsi üçün müraciətlərə üç iş günü ərzində baxılır.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil edib.

Onlayn sifariş forması ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://www.swhs.az/az/online-booking/

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top