MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Без названия (1)

“Silk Way Airlines” Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib

Economic.Az bildirir ki, bu, hər iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilməsi üzrə böyük proqramın həyata keçirilməsinin başlanğıcı oldu. Bununla da, Şərqi və Mərkəzi Afrika ölkələri Azərbaycana öz qapılarını açdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu reys ilə Cibuti Respublikasına ümumi çəkisi təxminən 76 ton olan ərzaq məhsulları və içməli sudan ibarət humanitar yardım çatdırılıb.

Eyni zamanda ilk reys vasitəsilə Azərbaycan istehsalçılarının “Made in Azerbaijan” brendi altında 30 ton məhsulları göndərilib. Xüsusilə, aşağıdakı Azərbaycan istehsalçılarının – Gilan Holding, Gazelli Group və Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keci Fermasi MMC, Xurcun və digər şirkətlərin məhsulları göndərilib.

Azərbaycan məhsullarının yeni bazarda təqdimatı iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin başlanması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq. Azərbaycan və Cibuti arasında müntəzəm uçuşların başlaması iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrlə yanaşı, siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək.

Bundan əlavə, Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində iki protokol imzalanıb. Sənədləri Azərbaycan tərəfdən “AZAL” Prezidenti Cahangir Əsgərov, Cibuti tərəfdən isə ölkənin Mülki Aviasiya Administrasiyasının rəhbəri Almis Mahmud Haid və “Air Djibuti”-nin icraçı direktoru Əbubəkir Ömər Hadi imzalayıb

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top