Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılır

ECONOMİC: Azərbaycan Sığortaçılar Assosiasiyasında İT (informasiya texnologiyaları) komitəsinin yaradılması ilə bağlı qərar verilib.

ASA-dan verilən məlumata görə, yeni komitənin yaradılması ilə bağlı müvafiq qərar Assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında müzakirə olunaraq qəbul edilib.

Məlumatda bildirilir ki, yeni komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda şirkətlərdəki İT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir. Məlumata görə, komitənin üzv heyətinin formalaşdırılması məqsədi ilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb.

Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasındakı komitələrin sayı 4-ə çatıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top