Sığorta savadlılığının artırılması ilə bağlı layihəyə start verildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sığorta savadlılığının artırılması ilə bağlı layihəyə start verildi

ECONOMİC: Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum”un icrasına başlanılıb.

ASA-dan verilən məlumata görə, sorğuların keçirilməsi məqsədi ilə cari ilin fevral ayında təşkil olunmuş tenderin qalibi olmuş “SIAR Research and Consulting Group” şirkəti əldə olunan ilkin sorğu nəticələrini Memorandum tərəflərinə təqdim edib.

Təşkil olunan sorğunun respondentləri Bakı və 12 regional şəhərdə yaşayan 18-65 yaş aralığında olan əhali və biznes subyektlərindən ibarət olub. Sorğunun ümumi nəticələrinə görə, respondentlərin cavablarında neytral mövqe müşahidə olunmayıb, əhali və biznes subyektləri daha çox dəqiq cavablara üstünlük verilib. Assosiasiyadan bildirilir ki, bu da öz növbəsində Memorandumda müəyyən olunmuş istiqamətlərin növbəti mərhələdə daha effektiv realizə olunmasına zəmin yaradır.

Qeyd edək ki, müvafiq Memorandum 21 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanıb. Memorandumun başlıca istiqaməti isə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsindən ibarətdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top