Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəliləyir

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının əsas hədəfi vətəndaşlara ünvanlarda rahat, sürətli və keyfiyyətli xidmətlər göstərməkdir. Abşeron rayonu üzrə müxtəlif yerlərdə reallaşan kampaniyanın mobil xidmətləri artıq paytaxtın kənd və qəsəbələrində keçirilir.

Komitədən “Economic”ə verilən məlumata görə, səyyar avtobusun bu həftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi olacaq. Kənd sakinləri 30-31 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər bütün növ daşınmaz  əmlakın qeydiyyat xidmətlərindən yararlana biləcək.

Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 12 ünvanında  yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək. İctimai əhəmiyyətli kampaniya sayəsində bütün xidmətlər ərazi idarələrindəki kimi göstərilir. Sosial aksiyaya yeniliklərin cəlb olunması ilə artıq daha çox vətəndaşın xidmətlərdən istifadəsi təmin olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top