Səyyar "ASAN qatar" fevralın 1-dən vətəndaşlara xidmət göstərəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Səyyar “ASAN qatar” fevralın 1-dən vətəndaşlara xidmət göstərəcək

“Səyyar “ASAN qatar” fevral ayının 1-dən vətəndaşlara xidmət göstərəcək”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov deyib.

O bildirib ki, “ASAN qatar” ilk olaraq Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərəcək: “Xidmətlər 4 dövlət orqanı tərəfindən təqdim olunacaq. Eyni zamanda, qatarda funksional yardımçı xidmətlər də təşkil edilib”.

A.Hüseynov qeyd edib ki, Səyyar “ASAN qatar”ı gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top