SEYMUR MÖVLAYEV: “TAXIL BİÇİNİ MÖVSÜMÜNDƏ ÇEVİK VƏ OPERATİV OLMALIYIQ”. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SEYMUR MÖVLAYEV: “TAXIL BİÇİNİ MÖVSÜMÜNDƏ ÇEVİK VƏ OPERATİV OLMALIYIQ”.

May ayının 19-u “Aqrolizinq” ASC-də taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı müşavirə keçirilib.

Müşavirəni giriş sözü il açan “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev biçinmövsümündə regional nümayəndəliklərin istifadəsində olan kombaynların hazırlığı barədə məlumat verib.

“Biçin mövsümündə kombaynların dislokasiyası müəyyən edilməli, çeviklik və operativliyi təmin etməliyik. Aqrolizinqin regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır. Vətəndaşların hüquqları pozulmamalı, bütün kombaynlar ehtiyat hissələri ilə təmin olunmalıdır. Hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiq olmalıdır. Fermerləri lazımi informasiya verərək maarifləndirmək gərəkdir. Bunlar bizim fəaliyyət prinsiplərimizdir. Bütün risklər aradan qaldırılmalıdır. Əsas məqsədimiz isə taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir”,- deyə “Aqrolizinq” ASC-nin sədri vurğulayıb.

Müşavirədə qeyd edilib ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinq aparacaq, kombaynların dəqiq dislokasiyasını təmin edəcək və nasazlıqların aradan qaldırılmasını operativ qaydada həll edəcək. Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-ninçağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçünqərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.

Müşavirədə bildirilib ki, bu il biçin mövsümündə müraciətlərin daha çox daxil olduğu iri taxılçılıq rayonlarında ilk dəfə olaraq operativ qrup yaradılıb. Qrupun yaradılmasında əsas məqsədfermerlərin müraciətlərini vaxtında araşdırmaqla taxıl itkisinin qarşısını almaqdır.

Sonda müşavirədə “Aqrolizinq” ASC-nin hər bir regional nümayəndəliyinin biçinlə bağlı təklifləri dinlənilib, taxıl biçinin vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top