MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Arzu Qafarli telim

Şəxsi inkişaf və biznes sahəsində uğurlu addımlar adlı təlim – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Suraxanı Gənclər Evi və YAP Suraxanı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən “BiznesMƏN” layihəsinin açılış tədbiri və ilk təlimi keçirilmişdir. 

Economic.az bildirir ki,  tədbiri giriş sözü ilə açan Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova qonaqları salamlayaraq, layihənin işində uğurlar arzulayıb. Sonra Layihə rəhbəri Babək Nağıyev layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd uğurlu biznes qurmaq üçün lazım olan formulun gənclərə aşılanması, dövlət, cəmiyyət və ailə üçün yararlı vətəndaşların yetişdirilməsi, bacarıqlı savadlı, potensiallı və məqsədli gənclərin sayının artırılması, özundə inamın güvənin aşılanmasına və onlara alternativ yollardan istifadə etməyə yönəltməkdir.

Daha sonra biznes üzrə təlimçi və konsultant Arzu Qafarlı  “Uğurlu biznesin sirri”,  “Uğurlu biznes üçün hansı kriteriyalar olmalıdır” kimi mövzularda layihə iştirakçılarına məlumat vermişdir. Daha sonra komandalara bölünərək, hər komanda öz mövzularının təqdimatını etmişdir.

Qeyd edək ki, layihədə gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq maarifləndirici bukletlər nəşr edilmişdir. Layihə çərçivəsində həyata keçirilən seminarlarda 50 nəfərdən çox tələbə və media nümayəndəsi iştirak etmişdir.

 

 

telim1

telim

 

 

DSC_0165DSC_0155download

 

Arzu Q.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top