Sevinc Fətəliyeva: 2016-cı ildə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sevinc Fətəliyeva: 2016-cı ildə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib

“2016-cı ildə Azərbaycanın xarici siyasəti uğurlu olub, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib, nüfuzu artıb”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanın uğurlu xarici siyasəti 2016-cı ildə də beynəlxalq arenada mühüm nailiyyətlərin əldə edilməsini təmin edib.

“Ümumiyyətlə, ötən ilin xarici siyasət sahəsindəki yekunları göstərir ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, 2016-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb”,-deyə S. Fətəliyeva vurğulayıb.

Millət vəkili əlavə edib ki, “Multikulturalizm ili” elan edilən 2016-cı ildə Azərbaycan multikultural dəyərlərin təbliğində mühüm rol oynayıb və bu, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırıb ki, 2016-cı ili “Multikulturalizm ili” elan etməyimiz çox böyük məna daşıyırdı. Bu, həm bizim siyasətimizi, cəmiyyətimizin əhvali-ruhiyyəsini göstərir, gördüyümüz işləri, görüləcək işlərimizi əks etdirir”.

Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın öz diplomatik səylərini qətiyyətlə davam etdirdiyini deyən S. Fətəliyeva bildirib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun işğalçıya ləyaqətli cavabı həm Ermənistana, həm də dünya ictimaiyyətinə ciddi mesajlar verib: “Aprel döyüşləri Azərbaycan Ordusunun layiqli qələbəsidir. Məhz Azərbaycanın qətiyyətli mövqeyi və aprel zəfəri sayəsində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığını artırıb, problemin həllinin vacib olduğunu bəyan ediblər”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top