MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

teyyare_foto3

Səudiyyə Ərəbistanı sentyabrın 1-dən təyyarələrdə sərnişin yerlərinin tam doldurulmasına icazə verəcək

Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş idarəsi bütün sərnişinlərə COVID-19 əleyhinə peyvənd vurulmaq şərti ilə, milli daşıyıcılara sentyabrın 1-dən etibarən təyyarəldə sərnişin yerlərinin tam dolu şəkildə daxili uçuşları həyata keçirməsinə icazə verib.

“Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq və bəzi milli hava daşıyıcılarının tələbi əsasında, bütün sərnişinlərə iki doza peyvənd edilmək şərti ilə sentyabrın 1-dən daxili uçuşlarda təyyarələrdə bütün sərnişin oturacaqların tutlmasına icazə verilməsi qərara alınıb”, – sənəddə deyilir.

12 yaşdan kiçik uşaqlar və tibbi səbəblərə görə peyvənd edilməsi qadağan edilənlər təyyarələrə buraxılarkən müəyyən edilmiş tələblərdən azad ediləcək. Eyni zamanda reys zamanı hər kəsin maska ​​taxması və əllərinin dezinfeksiya etməsi tələbi qüvvədə qalır. Trend

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top