ŞƏT-in missiya rəhbəri: Bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atdığı daha bir addımıdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ŞƏT-in missiya rəhbəri: Bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atdığı daha bir addımıdır

Bakı, 2 sentyabr, AZƏRTAC

Müşahidələrimiz seçkilərin sərbəst və şəffaf şəraitdə keçirildiyini deməyə əsas verir. Bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda atdığı daha bir addımıdır.

Seçicilərin fəallığından, məntəqələrdə fəaliyyət göstərən kadrların peşəkarlığından razı qaldıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyasının rəhbəri Nuran Niyazəliyev sentyabrın 2-də keçirlən mətbuat konfransında səsləndirib.

Şanxay Əməkdaşlıq Təşkilatının bundan əvvəl Azərbaycanda prezident seçkilərini də müşahidə etdiyini xatırladan N. Niyazəliyev deyib: “Missiyamız seçki prosesinin hazırlıq və səsvermə prosesi ilə yaxından tanış oldu. Azərbaycan monitorinqlərimizin keçirilməsi üçün lazım olan hər bir şəraiti yaratmışdı. Bu da təbii olaraq, seçkilərin yüksək və demokratik səviyyədə təşkilinə əsas verir”.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər və media nümayəndələri üçün də şərait yüksək səviyyədə idi.

“Heç bir qayda pozuntusuna rast gəlmədik. Seçicilər öz namizədlərinə sərbəst şəkildə səs verirdilər. Seçkiləri şəffaf, demokratik və uğurlu hesab edirik”, – deyə missiya rəhbəri vurğulayıb.

Qeyd edək ki, sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top