“Şerif”in baş məşqçisi: “Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir
Kişineu, 19 iyun, AZƏRTAC
Avropa Liqasında zəif komanda olmur. Azərbaycan “Zirə” klubu püşkatma ilə bizimlə oyuna düşən ən ciddi rəqiblərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri mətbuat açıqlamasında UEFA Avropa Liqasında I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuri Qura söyləyib.
Onun sözlərinə görə, “Zirə” çox mütəşəkkil komandadır, öz çempionatında az qol vurur, eyni zamanda, az qol buraxır. “Rəqib haqqında daha ətraflı məlumat toplayacağıq”, – deyə Qura əlavə edib.
“Şerif”in çalışdırıcısı daha sonra deyib: “Hazırda səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk oyunu harada keçirməyimizi nəzərə alsaq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdur”.
Qeyd edək ki, “Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]