Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər təşkil olunub
Bakı, 10 aprel, AZƏRTAC
Ramazan bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində əzmlə xidmət aparmaqdan qürur duyması vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə və Vətənə layiqincə xidmət etdiklərinə görə təşəkkür ifadə olunub.
Xidmət etdikləri hərbi hissə ilə vidalaşaraq mülki həyata yollanan əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik bildirilib.
Sonda xatirə fotoları çəkdirilib, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli şəkildə yola salınıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Superkubok: “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib
Bakı, 11 aprel, AZƏRTAC Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı […]
-
Bakıda mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
Bakı, 11 aprel, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi […]
-
MN: Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur
Bakı, 11 aprel, AZƏRTAC Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı […]