MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG_20200525_205925

ŞƏRƏFLİ ÖMÜR YOLU (Qəhrəmanlıq və 70 illik yubiley)

IMG_20200525_203348

Ağsuda qəhrəmanlıq səlnaməsini yazan, hər zaman vətənpərvərlik nümuməsi göstərən Adıgözəl Eminov haqqında ən gözəl xatirələri oğlu Nazim Eminovdan soruşduq.

Bu gözəl təsadüf idi ki, Nazim Eminovun 70 illik yubileyi ərəfəsində atasının qəhrəmanlıq səhifəsindən danışmaq onu həm gəncləşdirirdi, həm sevindirirdi, ara-sıra da qəmli hislər köhnə xatirələrdən xəbər  verirdi.

-Nazim müəllim, 70 ilin astanasınacan çox xeyirxah işlərə, xalqın-millətin mənafeyini qoruyan məqsədlərə, ciddi xarakterə, Azərbaycan sevgisini içində göyərdən, el içindən çıxıb el dərdinə yanan,  yurd ağrısını içində qovuran bir ziyalı kimi xoş gördük Sizi… 

İlk öncə 70 illik yubileyinizi kollektivimiz adından təbrik edirik. 70 il nələri deyir Sizə?

         Düzü 70 il necə kecdi heç bilmirəm, onu bilirəm ki, gözəl illərim olub, Allaha şükürlər olsun. Həm Ağsu ilə, həm də Sumqayıtla bağlı. Maraqlı bir faktda o idi ki, bu il Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam oldu.

Mən 1950-ci ildə Ağsuda doğulmuşam, orada orta məktəbə getmişəm, uşaqlıq illərim ora ilə bağlıdır…

(Nə qədər çalışsaq da yubileyə qayıdaq,  daha çox atasından yazılmasını istədi Nazim müəllim)

A.Eminov

-Atanız haqqında nələri ilk olaraq demək istərdiniz? 

Atam 1918-ci ildə Ağsu rayonunun Rəhimağalı kəndində anadan olub.  Həmin kənddə təhsil alan atam, ikinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq 1941-ci ildə Kürdəmir Rayon Hərbi Komissarlığından əsgərliyə  çağrılıb. Atam deyirdi ki, yolda bizi yoxladılar. Nisbətən seçilənlər Yaponiya sərhəddinə, digərləri isə müxtəlif istiqamət də qruplaşdırılırdı. Atamı Yaponiya sərhədlərindən başlayib, ilk aylardan atıcılıq kursuna cəlb ediblər, gözəl atıcı olub (gülərək dedi ki elə mən də…).

– Nazim müəllim daha nələri qeyd edərdiniz? Adıgözəl müəllim xatirələrindən nələri danışardız?

     Bilirsiniz atam olduqca ciddi bir insan idi. Mən deyərdim ki, atam dünyasını dəyişənə qədər bir sözü iki olmayıb. Bütün övladları ondan çəkinərdi. Maraqlı söhbətləri çox olardı. Amma atası (babam) Soltan Eminbəyli (Qasımov) çox söhbətcil insan idi. Onun haqqında kitab da nəşr etdirmək istəyirik (Xatirələr toplusu). Babam 1918-ci ilin mart ayının əvvəllərində indiki Ağsu rayonunun Bico kəndinin, kəndin könüllü döyüşçülər ilə rus ordusundan buraxılmış silahlı erməni quldur dəstəsi arasında qədim Pirəmsaq qəbiristanlığı ərazisində baş vermiş döyüşdə çox  qəhrəmanlıq göstərib.

Bu döyüş tarixçilər tərəfindən erməni soyqırımına qarşı 1918-ci ildə təşkil edilmiş və qələbə ilə başa çatmış ilk ən böyük müdafiə döyüşü hesab edilir.

– Araşdırmamızda bəlli oldu ki, atanız Adığözəl Eminov döyüşlərin birində yaralanıb da…

         1944-cü ildə, atam ağır  yaralanır. Çox qan itirdiyindən zəfər yürüşünü davam etdirə bilmir. Sonradan döyüş bölgəsinə gələn komandirlər tərəfindən sağ olduğu aşkarlanır və təcili olaraq hərbi hospitala gətirilir. 

1945-ci ilin mart ayında ordudan təxris edilib uzun müddətli müalicəyə göndərilir və SSRİ Müdafiə Nazirliyi tərəfindən İkinci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif olunur.

IMG_20200525_203416

 

-Dövlət tərəfində hər hansı dəstək qayği oldumu?

Bəli, istər əvvəl, istərsə də müstəqillik əldə etdikdən sonra bizim ailəyə daima dəstək olub. Atam A.Eminov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, SSRİ tarixində ilk olaraq iki dövlətin (Polşa və SSRİ) marşalı Konstantin Konstantinoviç Rokossovskinin komandanlığı altında 1-ci Belarusiya Cəbhəsinə göndərilir və düşmənə qarşı Kiyev istiqamətində öz döyüş yoldaşları ilə ağır döyüşlər aparır. O, dəfələrlə sərrast atəşlə düşmənin yüksək rütbəli zabitlərini məhv etməyi bacarır. Bu şücaətinə görə də müxtəlif orden və medallara layiq görülür. Kiyev, Tula və digər şəhər və qəsəbələrin azad olunmasında fəal iştirak edib.

Müəllifdən: 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbə ilə əlaqədar tədbirlər çərçivəsində MDB məkanında “Yaddaş yolu” layihəsi üzrə yeni elektron portal yaradılıb. Burada qəhramanlıq yolu keçmiş Adıgözəl Eminovun da adı qeyd edilir. Yeni portalın yaradılmasında məqsəd həmin müharibənin iştirakçıları haqqında məlumatların multimedia muzeyində toplanması və xatirələrini əbədiləşdirməkdir.  A.Eminov bu dünyadan köç etsə də, bizlərin qəlbində daim yaşayacaq, xatırlanacaq. Biz belə qəhrəmanlırımızın həyat məktəbindən çox şey öyrənməliyik. 

Nazim Eminovun şəxsi həyatı və hərbi xidməti haqqında növbəti sayda geniş məlumat verəcəyik (ardı var….)

A. Eminov muharibe

ECONOMIC.AZ

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top