
Şengen vizalarının verilməsində yeni qaydalar tətbiq edilib
Şengen vizasını almaq istəyənlərin şəxsiyyətlərinin, bioqrafiyalarının və Avropa İttifaqına (Aİ) üzv dövlətlərin milli məlumat sistemlərinin qarşılıqlı inteqrasiyasının daha dəqiq yoxlanılması Avropa İttifaqına daxil olmağa icazə verilərkən bütün Şengen zonasına şamil edilir.
Aİ Şurası son iclasında bu vizaların verilməsi üçün yeni qaydalar qəbul edib. Yeni qaydalar aplikantların yoxlanmasını sərtləşdirməyə və onların arasından miqrasiya qaydalarına riayət etməyənləri və ya bütün zonanın təhlükəsizliyi üçün risk yarada biləcək qanun pozucularını müəyyənləşdirməyə kömək edəcək.
Bu tədbirlər Şengen turist vizaları verilərkən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlib. Yeni qaydalara görə, Şengen vizası almaq istəyənlərin fotoşəkili əvvəlcə deyil, sənədlərin təqdim edildiyi gün çəkilməlidir. Bu qayda 6 yaşından başlayaraq hər kəsə şamil edilir. Şengen vizası barmaq izləri kimi biometrik məlumatları tələb edir. Bu məlumatlar bazada 5 il ərzində saxlanılacaq və Avropa İttifaqına üzv olan bütün dövlətlərin hüquq-mühafizə orqanlarının həmin bazaya çıxışı olacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi orqanlarında daxili müsabiqə keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından […]
-
Ölkədə 150 mindən çox şagird dərslikdə Anarı axtarır
Azərbaycanda orta ümumtəhsil məktəblərin rus bölməsi üçün buraxılan riyaziyyat dərsliyində şagirdlər “Anarı axtarırlar”. Bu barədə […]
-
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət ekspert qrupu Azərbaycanda səfərdədir. Dövlət Məşğulluq Agentliyi və SOCIEUX+ […]