MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

senaye-12-04-2016_1

“Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir

Aprelin 12-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə maşınqayırma, metallurgiya, tikinti, elektrik avadanlıqları və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın müəssisənin nümayəndəsi iştirak etmişdir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat vermiş, qeyri-neft sektorunun inkişafında yeni mexanizmlərin tətbiqinin – sənaye zonalarının, parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətini vurğulamışdır. Sahibkarlığın dəstəklənməsi istiqamətində son illərdə aparılan islahatlar barədə ətraflı məlumat verilmiş, sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırıldığı, lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin, rüsumların azaldıldığı, lisenziya prosedurlarının sadələşdirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, yerli istehsalın dəstəklənməsi ilə əlaqədar qanununvericiliyə müvafiq dəyişikliklər edilmiş, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə və digər dəstəyin verilməsi mexanizminin yaradılması məqsədilə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi üçün “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” normativ aktlar qəbul edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş bir sıra dəyişikliklər nəticəsində tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılmışdır.
senaye-12-04-2016 2SOCAR-ın vitse-prezidenti David Məmmədov şirkətdə aparılan yenidənqurma və modernizasiya işləri, yerli istehsalın inkişafı sahəsində görülən tədbirlər barədə məlumat vermişdir.
Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Hüseyin Paşayev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin icraçı direktoru Nazim Talıbov təqdimatla çıxış etmiş, Azərbaycanda sənaye parkları və sənaye məhəllərinin fəaliyyəti, üstünlükləri və rezidentlərə tətbiq olunan güzəştlər barədə iştirakçılara ətraflı məlumat vermişlər.
Neft-qaz emalı və neft-kimya kompleksinin direktor müavini Emil Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası haqqında, “Azərkimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayev isə qurumda EP-300 qurğusunun yenidənqurma və modernizasiyası haqqında danışmışdır.
Sonra “Samsung” və “Technimont” şirkətlərinin nümayəndələri Noh Eichul və Nikola Heilper “SOCAR Karbamid” və “SOCAR Polymer” layihələrində yerli şirkətlərlə iş təcrübəsi barəsində təqdimatlarla çıxış etmişlər.
Tədbirin sonunda şirkətlər arasında əlaqələrin yaradılması və fikir mübadiləsinin aparılması üçün müzakirələr və işgüzar görüşlər təşkil olunmuşdur

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top