MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

senaye modern

Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti tədbir

Aprelin 22-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, “İdarə heyətinin formalaşdırılması” mövzusunda keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

Təlimdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov İdarə heyətinin səlahiyyətləri, heyət üzvlərinin hüquq və vəzifələri, eləcə də Azərbaycan Korporativ İdarəetmə Standartlarının bu mövzu ilə bağlı müddəaları barədə məlumat veriblər.

Tədbir çərçivəsində İdarə heyətinin formalaşdırılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Indiyədək 3 belə təlim keçirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top