“Sənaye 4.0 hazırlıq proqramı”na dair seminar keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Sənaye 4.0 hazırlıq proqramı”na dair seminar keçirilib

Bakı, 4 sentyabr, AZƏRTAC

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən özəl şirkətlərin, dövlət qurumlarının və sahəvi icmaların nümayəndələri üçün “Sənaye 4.0 hazırlıq proqramı”na dair seminar keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirakçılara qurumun fəaliyyəti və rəqəmsal iqtisadi inkişaf istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Bildirilib ki, avqust ayında 4SİM tərəfindən “Sənaye 4.0 hazırlıq proqramı”nın (S4HP) pilot mərhələsi üçün müraciətlərin qəbulu başa çatıb.

Proqramın pilot mərhələsi çərçivəsində yerli tərəfdaşların iştirakı ilə sənaye müəssisələrinin beynəlxalq metodologiya əsasında rəqəmsal yetkinliyinin ölçülməsi və tətbiq mərhələsi üçün müvafiq yol xəritələrinin hazırlanması nəzərdə tutulur.

Tədbir zamanı beynəlxalq ekspert Cem Arslan “Sənaye 4.0 nədir?” mövzusunda təqdimatla çıxış edərək bu istiqamətdə qlobal trendlərdən və çağırışlardan söz açıb.

Tədbirin sonunda “Caspian İnnovations Center”in əməliyyatlar üzrə baş inzibatçısı Orxan Quliyev SOCAR-ın müəssisələrində 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirilən layihələrin uğur hekayələrini iştirakçılarla paylaşıb və sualları cavablandırıb.

S4HP-nin məqsədi şirkətlərin “Sənaye 4.0” hazırlığına dəstək vermək və beləliklə iqtisadi artıma nail olmaqdır. İlin sonuna kimi bu istiqamətdə müxtəlif fəaliyyət sahələrini və sahəvi icmaları əhatə edən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top