
Səkkiz ayda pərakəndə ticarət şəbəkəsində 23 milyard manatlıq məhsul satılıb
Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 23 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 11 milyard 532,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 434 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Səkkiz ayda istehlak məhsullarının 16,6 faizi ticarət müəssisələri, 50,7 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 147 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.
BƏNZƏR MƏQALƏLƏR
Ötən ay kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb
Əvvəlki ayla müqayisədə iyunda kompüter, elektron və optik məhsulların və elektrik avadanlıqlarının istehsalı artıb. Economic.az […]
Altı ayda pərakəndə ticarət şəbəkəsində 18,2 milyard manatlıq məhsul satılıb
Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 245,7 milyon manatlıq, o cümlədən […]
Xarici ticarət əlaqələrində 98 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunmuşdur.
2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə […]