MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Şəki

Şəkidə gənclər üçün treninq keçirilib

Nazirlikdən economic.aza verilən məlumata görə, aprelin 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilmişdir.
“Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunu əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumat verilmişdir. Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.
Treninq çərçivəsində mövzu üzrə təqdimat keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top