
Şəkidə 303 arıçıya 121 min manatdan çox subsidiya veriləcək
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, Şəki rayonu üzrə 303 arıçının təsərrüfatındakı 12 min 133 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib və sənədlər baxılmaq üçün Respublika Komissiyasına təqdim olunub. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilib.
Economic.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, artıq subsidiyanı ödənilməsi prosesinə başlanılıb. Arıçılıq məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 121 min 330 manat subsidiya veriləcək.
BƏNZƏR MƏQALƏLƏR
Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə […]
Qarpız sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində […]
Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib
Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində […]