Şəki şəhər icra hakimiyyəti elektron satınalma vasitəsilə keçirilən açıq tenderə dəvət edir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şəki şəhər icra hakimiyyəti elektron satınalma vasitəsilə keçirilən açıq tenderə dəvət edir

Şəki Şəhər İcra Hakimiyyəti 2020-ci ildə yolların asfalt-beton əsaslı təmiri işlərinin satın alınması üçün elektron satınalma vasitəsilə keçirilən açıq tenderə dəvət edir

Economic.az xəbər verir ki, Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT – 330 (üç yüz otuz) manat

Təşkilat: Şəki Şəhər İcra Hakimiyyəti

HESAB: AZ03AIIB32051019447000201170

VÖEN: 3000104011

BANK: “Kapital Bank” ASC Şəki filialı

Kodu: 200703

VÖEN BANK: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. AIIBAZ2X

Əlaqələndirici şəxs: Alxasov Taleh, tel: (02424) 4-28-70

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17.07.2020-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 27.07.2020-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 28.07.2020-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top