Şəki “ASAN Həyat” kompleksi – 3 il – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şəki “ASAN Həyat” kompleksi – 3 il

Şəki “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 29 oktyabr 2018-ci il tarixində baş tutub.

Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, ASAN Təlim mərkəzi, ASAN kinoteatr, ”ASAN peşə”, “INNOLAND AREA” mərkəzi, ASAN Kafe və ASAN park fəaliyyət göstərir.

Şəki regional “ASAN xidmət” mərkəzi 11 dekabr 2018-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Şəki, Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında qeydiyyatda olan 510 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 560 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.

“ASAN peşə” – ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi üçün yaradılmışdır. Burada tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi, eləcə də gənclərin dərzi, informasiya texnologiyaları, rəsm peşələrinə yiyələnmələri, həmçinin uşaqların intellektual düşüncələrinin artırılmasını nəzərdə tutan şahmat dərsləri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.

“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən regionlarda yaşayan 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.

Kompleksdə 150 nəfər tutumu olan 2 kinoteatr fəaliyyət göstərir.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafe fəaliyyət göstərir. Bundan başqa əməkdaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün stolüstü oyun avadanlıqları ilə təmin edilmiş istirahət otağı da yaradılmışdır. Xidmət üçün mərkəzə gələn vətəndaşların rahatlığını təmin etmək üçün mərkəz daxilində uşaq guşəsi də fəaliyyət göstərir.

Kompleksin həyətində vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün sahəsi 2.4 hektar olan “ASAN park” salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq meydançası, açıq havada konsert meydançası və açıq havada kafe fəaliyyət göstərir. Həmçinin vətəndaşların rahatlığını təmin etmək üçün velosiped və avtomobil dayanacağı da salınmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top