Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi

Bu günədək 7900-dək şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib.

Economic-in məlumatına görə, mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb. Bütün mənzillərdə müasir yaşayış şəraiti yaradılıb.

Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər. 

Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin  gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.

Eyni zamanda, şəhid ailələrinin  və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Buna misal olaraq, şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə Nazirlik tərəfindən 626 ədəd,  2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə isə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Bu il üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 300-ü verilib.

Ümumilikdə isə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev təqdim edilib. 

Çıxış edən şəhid ailəsi üzvləri, müharibə əlilləri vətəndaş rifahının təminatı istiqamətində atılan mühüm və ardıcıl addımlardan razılıqla bəhs ediblər. Onlar həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top